EN

Azərbaycanda bu xəstəxanada robotik cərrahiyyələrə başlanılır Vəsait ayrıldı

Sherg.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Yeni Klinikada robotik cərrahi sisteminin yaradılmasına sərf olunacaq vəsaitin həcmi məlum olub.

İqtisadiyyat.az xəbər verir ki, tibb müəssisəsi bununla bağlı "Medsol" şirkəti ilə nəhəng müqavilə bağlayıb.

Müqavilə robotik cərrahi sistemi ilə bağlı satınalmanı nəzərdə tutur. Müqavilənin maliyyə dəyəri isə 3 650 920 manat müəyyənləşib.

Məlumata görə, klinik istifadəyə yararlı olan sistem CE beynəlxalq sertifikata malikdir. Bu, həm də uroloji, ginekoloji, torakal və ümumi cərrahiyyə əməliyyatları üçün uyğun olacaq.

Qeyd edək ki, bu cərrahiyə ənənəvi cərrahi əməliyyatlardan fərqlənən, daha dəqiq və minimal invaziv formada icra edilən, robotik sistemlərin istifadə edildiyi müasir tibbi metoddur. Bu texnologiya cərrahın hərəkətlərini daha dəqiq idarə etməsinə imkan verir. Onun əsas üstünlüyü budur ki, bədən daxilində minimal kəsiklərlə əməliyyat aparılır. Bu prosedur nəticəsində əməliyyatdan sonra yaranan fəsadlar az olur və özünübərpa müddəti tez başa gəlir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
57
sherg.az

1Sources