EN

Rusiyada neft məhsulları olan iki rezervuar vurulub

BAKI, 25 dekabr. TELEQRAF

Krasnodar diyarının Temryuk limanında pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində neft məhsulları saxlanılan iki rezervuarda yanğın baş verib.

Teleqraf xəbər verir ki, bu barədə Krasnodar diyarının operativ qərargahı məlumat yayıb.

Məlumata görə, yanğının ümumi sahəsi təxminən 2 min kvadratmetr təşkil edir. Alovun söndürülməsinə 70 nəfər şəxsi heyət və 18 texnika cəlb olunub.

İlkin məlumatlara əsasən, hadisə nəticəsində xəsarət alan olmayıb.

Qeyd edək ki, daha əvvəl Krasnodar diyarında PUA hücumu nəticəsində bir neçə tikiliyə və kənd təsərrüfatı müəssisəsinə məxsus texnikaya ziyan dəydiyi bildirilmişdi.

Chosen
16
teleqraf.com

1Sources