EN

QHT Qubada müalicə alan şəhid ailələri ilə görüşüb - FOTOLAR

“Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova Quba Şahdağ Truskavets sanatoriya-müalicə mərkəzində müalicə alan Lənkəran şəhid ailələri ilə görüş keçirildiyini bildirib.

QHT.az xəbər verir ki, görüşdən öncə şəhid ailələri Quba Şəhidlər Xiyabanını ziyarət edərək Vətən uğrunda canlarını fəda etmiş qəhrəmanların xatirəsini ehtiramla yad ediblər. Görüş zamanı şəhid ailələrinin qayğı və ehtiyacları ilə maraqlanılıb, onlara mənəvi dəstək göstərilib. Tünzalə Abduləlimova bildirib ki, şəhid ailələrinə diqqət və qayğı göstərmək hər bir vətəndaşın və ictimai qurumun mənəvi borcudur.

İctimai Birliyin sədri sanatoriyada şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Nuranə xanıma xüsusi təşəkkürünü ifadə edib. O, bu cür təşəbbüslərin şəhid ailələrinin sosial və psixoloji dəstəyində mühüm rol oynadığını vurğulayıb.

 

Pərvanə Fərhadqızı

Chosen
68
qht.az

1Sources