EN

​“Atletiko Madrid” Simeone ilə bağlı qərar verdi

“Atletiko Madrid” klubu baş məşqçi Dieqo Simeone ilə yeni müqavilə imzalaya bilər. Metbuat.az xəbər verir ki, klub təcrübəli mütəxəssislə müqavilənin müddətini uzatmaq istəyir. Məlumata görə, klub rəhbərliyi məşqçiyə yeni təklif irəli sürüb.

Qeyd edək ki, mövsümün əvvəlində “Atletiko Madrid” klubunun Dieqo Simeoneni istefaya göndərə biləcəyi barədə iddialar dərc edilmişdi. Dieqo Simeone 2011-ci ildən “Atletiko Madrid”də çalışır. O, İspaniya nəhəngi ilə iki dəfə İspaniya La Liqasını, iki dəfə UEFA Avropa Liqasını və bir dəfə UEFA Superkubokunu qazanıb.

Chosen
63
metbuat.az

1Sources