EN

Gələn il üzrə pul siyasətinin məqsədi və çərçivəsi açıqlanıb

Bakı. Trend:

2026-cı ildə Mərkəzi Bankın pul siyasəti “2022-2026-cı illərdəsosial-iqtisadi inkişaf Strategiyası”nda müəyyən edilmişmakroiqtisadi sabitlik və dayanıqlılıq prioritetlərininreallaşmasına yönəldiləcəkdir. Əsas məqsəd inflyasiyanın hədəfdaxilində saxlanılması olacaq. Pul siyasəti çərçivəsinintəkmilləşdirilməsi istiqamətində də islahatlar davametdiriləcək.

Trend xəbərverir ki, bu barədə "Azərbaycan" qəzetində dərc edilən "AzərbaycanRespublikası Mərkəzi Bankının 2026-cı il üçün pul siyasətinin əsasistiqamətləri barədə bəyanatı"nda bildirilib.

Qeyd edilib ki, pul siyasətinin hədəfi növbəti ildə də illikinflyasiyanı 4±2% səviyyəsində saxlamaqdan ibarət olacaq. Əvvəlkiillərdə olduğu kimi, növbəti ildə də hədəf göstəricisi DövlətStatistika Komitəsi tərəfindən hesablanan istehlak qiymətləriindeksinin son 12 ayda dəyişimi olacaq.

İnflyasiyanın hədəf daxilində idarə edilməsi davamlı iqtisadiartımın vacib şərtlərindən biridir. Bu ev təsərrüfatlarının,həmçinin şirkətlərin gəlir və əmanətlərinin qorunması üçünvacibdir. Sabit və aşağı inflyasiya milli valyutaya inamı və onunalıcılıq qabiliyyətini artırır, bununla da iqtisadiyyatda xaricivalyuta ilə ifadə olunmuş aktiv və öhdəliklərin payını azaltmağakömək edir. Bütün bunlar iqtisadiyyatın xarici mühitdəkidəyişikliklərə davamlılığını artırır.

Mərkəzi Bankın son (oktyabr 2025) proqnozlarına görə, 2026-cıildə illik inflyasiyanın 5.7% olacağı gözlənilir ki, bu da hədəfdiapazonu daxilindədir. Hökumətin, beynəlxalq maliyyə-kredittəşkilatlarının və beynəlxalq reytinq agentliklərinin proqnozlarıda inflyasiyanın növbəti ildə əsasən bu diapazonda qalacağınıgöstərir.

Mərkəzi Bank 2026-cı ildə də inflyasiya amillərinin hərtərəflitəhlili əsasında özünün inflyasiya proqnozlarını hər rübyeniləyəcəkdir. Eyni zamanda əhali və müəssisələr arasındakeçirilən sorğular əsasında ev təsərrüfatlarının və biznessubyektlərinin inflyasiya gözləntilərinin qiymətləndirilməsi davametdiriləcəkdir.

Mərkəzi Bank növbəti ildə də pul siyasətinə dair qərarlarverərkən ölkə iqtisadiyyatına və inflyasiyaya təsir göstərə biləcəkdaxili və xarici amilləri, habelə riskləri hərtərəfliqiymətləndirəcəkdir. Ümumilikdə, son illərdə inflyasiyanın riskbalansında xarici amillərin payı əhəmiyyətli artmışdır.Ortamüddətli dövrdə bu amillərin payının yüksək olaraq qalacağıgözlənilir. Geosiyasi gərginliklər və qlobal ticarət mühitindəkiqeyri-sabitlik əmtəə və maliyyə bazarları ilə bağlıqeyri-müəyyənlikləri hələ də yüksək səviyyədə saxlayır. Əsas xaricirisk idxal qiymətlərinin daxili inflyasiyaya ötürülməsi iləbağlıdır. Bu risk ticarət tərəfdaşlarında inflyasiya prosesləri vənominal effektiv məzənnənin dinamikasından asılı olacaqdır. Daxilirisk faktorları isə əsasən təklif – xərc amilləri hesabınaformalaşmaqdadır. Ortamüddətli dövr üzrə konservativ makrofiskalçərçivə və kredit qoyuluşları üzrə gözlənilən artım templəri məcmutələbin izafi artımı riskini azaldır.

Mərkəzi Bank daxili və xarici qeyri-müəyyənlikləri nəzərə alaraqmakroiqtisadi proqnozları baza ssenari ilə yanaşı, alternativssenarilər üzrə hazırlanması təcrübəsini davam etdirəcəkdir. Bu dainflyasiya risklərinin reallaşdığı təqdirdə çevik siyasətreaksiyasını təmin edəcəkdir.

Növbəti ildə pul siyasəti mövcud rejim çərçivəsində həyatakeçiriləcəkdir. Məzənnə sabitliyi qiymət sabitliyinin başlıcalövbəri kimi çıxış edəcəkdir. Proqnozlara görə növbəti ildə tədiyəbalansının cari əməliyyatlar hesabının profisitli olması valyutabazarında tarazlığı dəstəkləyəcəkdir. Baza ssenari üzrə proqnozlaragörə, 2026-cı ildə cari əməliyyatlar hesabının profisiti 3 mlrd.ABŞ dolları səviyyəsində olmaqla ÜDM-in 3.7%-i səviyyəsindəgözlənilir. Mərkəzi Bank növbəti ildə də özünün valyutaehtiyatlarının kifayətlilik meyarlarına uyğun saxlanılmasını vəonun idarə edilməsinin təkmilləşdirilməsini diqqətdəsaxlayacaqdır.

Pul siyasəti alətlərinin tətbiqi zamanı maliyyə bazarlarında başverən proseslər və bank sisteminin likvidlik mövqeyindəkidəyişikliklər nəzərə alınacaqdır. Alətlərin istifadəsi pulsiyasətindən kənar amillərin monetar şəraitə təsirlərininneytrallaşdırılmasına xidmət edəcəkdir.

Mərkəzi Bankda təhlil və proqnozlaşdırma potensialınınartırılması 2026-cı ildə də diqqətdə saxlanılacaqdır.

Proqnozlaşdırma və siyasət təhlili sistemi çərçivəsində modelaparatı qabaqcıl beynəlxalq təcrübələr əsasında mütəmaditəkmilləşdiriləcək, tədqiqatların əhatə dairəsi və analitikdərinliyi artırılacaqdır. Pul siyasəti qərarlarının qəbulundanəzəri əsaslara söykənən və ekonometrik baxımdan adekvat modelnəticələrindən istifadə artırılacaqdır. Böyük verilənlərin dahasəmərəli təhlili, maşın öyrənməsi yanaşmalarının tətbiqiningenişləndirilməsi Mərkəzi Bankın prioritet istiqamətlərindən biriolacaqdır.

İqtisadi subyektlərin gözləntilərinə və davranışlarına təsiretmək üçün pul siyasətinin effektiv kommunikasiyası növbəti ildə dədiqqət mərkəzində olacaqdır. Kommunikasiya fəaliyyətlərimakroiqtisadi sabitliyin gücləndirilməsinə, hesabatlılığınartırılmasına, pul siyasətinin ictimaiyyət tərəfindən daha yaxşıanlaşılmasına, Mərkəzi Banka inamın möhkəmləndirilməsinə vəşəffaflığın təmin edilməsinə xidmət edəcəkdir. Kommunikasiyadabaşlıca hədəf qrupları maliyyə bazarı iştirakçıları, media,akademik dairələr, iqtisadçı ekspertlər, sahibkarlar, hökumət vəgeniş ictimaiyyət olacaqdır. 2026-cı ildə öncədən ictimaiyyətəaçıqlanmış qrafikə uyğun olaraq Mərkəzi Bankın siyasət qərarlarınadair press-relizləri dərc ediləcək və müntəzəm mətbuat konfranslarıkeçiriləcəkdir. Rüblük əsasda analitik icmalların açıqlanması davametdiriləcəkdir. İctimaiyyətin məlumatlılığının və maliyyəsavadlılığının artırılması istiqamətində sosial mediaplatformalarında pul siyasətinin işləmə mexanizmini və tətbiqolunan alətləri izah edən qısa açıqlamalar paylaşılacaqdır.

Mərkəzi Bank makroiqtisadi proqnozlarını və faiz dərəcələri üzrəqərarlarını formalaşdırarkən planlaşdırılan fiskal siyasətparametrlərini nəzərə alacaqdır. İqtisadi Şura qarşıdakı ildə dətəşkilatlararası makroiqtisadi koordinasiyanın təmin edilməsindəəsas və vacib rol oynayacaqdır.

Pul siyasətinin Mərkəzi Bankın digər fəaliyyət istiqamətləri,xüsusən makroprudensial siyasətlə uzlaşdırılması davametdiriləcəkdir. Bu uzlaşdırma qurumun daxili kollegial orqanları, ocümlədən Pul Siyasəti və Maliyyə Sabitliyi Komitəsi vasitəsiləhəyata keçiriləcəkdir. Ölkədə maliyyə dərinliyinin artırılması,maliyyə sabitliyinin qorunması, nağdsız ödənişləringenişləndirilməsi növbəti ildə də pul siyasətinin effektivliyinə vəmaliyyə sisteminin dayanıqlılığına müsbət təsir edən amillərolacaqdır.

İqlim dəyişikliklərinin makroiqtisadi təsirləri və "yaşılmaliyyə təşəbbüsləri"nin dəstəklənməsi məsələləri diqqətdəsaxlanılacaqdır. İqlim dəyişikliklərinin inflyasiya dinamikasına,iqtisadi artıma və maliyyə sektoruna birbaşa və dolayı təsirləriüzrə qiymətləndirmələr davam etdiriləcəkdir.

Mərkəzi Bankın rəqəmsal valyutasının tətbiqi üzrə siyasətməqsədlərinin müəyyən edilməsi və müvafiq yol xəritəsininhazırlanması üzərində işlər davam etdiriləcəkdir. Bu işlərəprioritet istifadə istiqamətlərinin müəyyənləşdirilməsi, potensialrisk və faydaların qiymətləndirilməsi, eləcə də maliyyə sektoruüzrə daha geniş strategiyaya uyğunlaşdırılmış mərhələli tətbiqplanının hazırlanması daxildir.

Chosen
56
12
az.trend.az

10Sources