EN

AZAL təyyarəsinin qəzası: Kənar müdaxilə və cavabsız qalan suallar - VİDEO

2024-cü il dekabrın 25-i AZAL-a məxsus "Embraer 190" təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması təkcə bir aviasiya faciəsi deyil, regionda təhlükəsizlik, məsuliyyət və beynəlxalq hüquq baxımından ciddi suallar doğuran hadisəyə çevrildi.
 
38 nəfərin həyatını itirdiyi, 29 nəfərin isə pilotların peşəkarlığı sayəsində sağ qaldığı bu qəza artıq açıq şəkildə göstərir ki, söhbət texniki nasazlıqdan yox, kənar müdaxilədən gedir. Hadisənin xronologiyasına nəzər yetirək.
 
Dekabrın 25-də Bakı-Qroznı marşrutu ilə uçan AZAL-ın "J2-8243" reysi Qroznı üzərində eniş edə bilmir. "Qara qutu" məlumatları təsdiqləyir ki, təyyarə Qroznıya qədər tam uçuşa yararlı vəziyyətdə olub.
 
Mühərriklərdə və əsas sistemlərdə heç bir nasazlıq qeydə alınmayıb. Lakin məhz Rusiya hava məkanında uçuş zamanı təyyarə GPS siqnallarını itirib.
 
Ardınca Qroznı üzərində 24 saniyə fərqlə iki kənar səs qeydə alınıb. Bu səslərdən saniyələr sonra hidravlik sistemlər bir-birinin ardınca sıradan çıxıb və nəticədə təyyarə idarəetməni itirib, daha sonra Qazaxıstanın Aktau şəhərinə istiqamətlənib.
 
Aktau səmasında bir müddət dövrə vurduqdan sonra qəzaya uğrayıb.
 
Daha ətraflı Baku TV-nin videomaterialında:
Chosen
27
1
moderator.az

3Sources