EN

AZAL təyyarə qəzasının ildönümü ilə bağlı Milli Qəhrəmanların məzarları ziyarət edilib (FOTO)

Bakı.Trend:

Aktau şəhəri yaxınlığında Bakı–Qroznı reysini yerinə yetirənAZAL-a məxsus təyyarənin qəzaya uğramasının ildönümü münasibətiləİkinci Fəxri Xiyabanda ekipaj üzvlərinin məzarlarını ziyarətedilib.

Trend xəbərverir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri Rəşad Nəbiyev, AZALprezidenti Samir Rzayev və AZAL əməkdaşları, mərhumların ailəüzvləri İkinci Fəxri xiyabanda həyatlarını itirən Milli QəhrəmanlarHökümə Əliyeva, İqor Kşnyakin, Aleksandr Kalyaninovun məzarlarınıziyarət ediblər.

Xatırladaq ki, 25 dekabr 2024-ci il tarixində AzərbaycanRespublikasının Bakı şəhərindən Rusiya Federasiyasının Qroznışəhərinə J2-8243 reysi üzrə müntəzəm uçuş həyata keçirən“Azərbaycan Hava Yolları” QSC-yə (“AZAL”) məxsus və dövlətreyestrində 4K-AZ65 nömrəsi ilə qeydiyyata alınmış Embraer 190-100IGW tipli sərnişin hava gəmisi Qazaxıstan Respublikası ərazisindəAktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində ikiuçuş heyəti üzvü (kapitan və ikinci pilot), böyük təyyarə bələdçisivə 35 sərnişin həlak olub.

İnsan tələfat və xəsarət alanlar olmasına baxmayaraq,pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğusayəsində təyyarə qəza enişi həyata keçirib və 29 nəfərin həyatınıxilas etmək mümkün olub. Qazaxıstan Respublikasında gözlənilən qəzaenişi barədə məlumat daxil olduqdan dərhal sonra zəruriqəza-xilasetmə tədbirləri həyata keçirilmiş, sağ qalanlar təxliyəedilərək tibbi yardım göstərilib.

İlkin hesabat aşağıdakı faktları təsdiq edir:

1. 25 dekabr 2024-ci il tarixində Azərbaycan RespublikasınınBakı şəhərindən Rusiya Federasiyasının Qroznı şəhərinə J2-8243reysi üzrə müntəzəm uçuş həyata keçirən “Azərbaycan Hava Yolları”QSC-yə məxsus və dövlət reyestrində 4K-AZ65 nömrəsi ilə qeydiyyataalınmış Embraer 190-100 IGW tipli sərnişin hava gəmisi uçuşabaşladıqda və Qroznıya qədər olan uçuş hissəsində tam uçuşa yararlıvəziyyətdə olmuşdur. Hava gəmisinin, o cümlədən onun idarəetməsisteminin uçuşa yararlılıqla əlaqədar bu məlumatlar FDR vasitəsiləöz təsdiqini tapmışdır.

2. Hava gəmisinin mühərriklərinin hər ikisi qəza anına qədər hərhansı texniki problem olmadan çalışmışlar. Bu məlumat (FDRvasitəsilə təsdiq olunmuşdur.

3. Hava gəmisi Rusiya Federasiyasının hava məkanında, o cümlədənQroznı hava limanı üzərində uçuş əməliyyatları həyata keçirərkənGPS siqnallarının itməsi halı ilə üzləşmişdir.

4. Hava gəmisi hava şəraitinin əlverişli olmaması səbəbindənQroznı üzərində ikinci enişi yerinə yetirə bilmədikdən sonrakapitan Bakıya qayıtmaq barəsində qərar vermişdir. Bu qərarın qəbuledilməsindən sonra Qroznı üzərində CVR-da 24 saniyə aralıqla ikidəfə kənar səsin gəlmə faktı qeydiyyata alınmışdır.

5. CVR və FDR məlumatlarının tutuşdurulması nəticəsində müəyyənedilmişdir ki, birinci kənar səsdən 4 saniyə sonra 3-cü hidravliksistem, 6 saniyə sonra 1-ci hidravlik sistem, 21 saniyə sonra 2-cihidravlik sistem funksionallığını itirməklə sıradan çıxmışdır.

AZAL
AZAL
AZAL
AZAL
AZAL
Chosen
26
11
az.trend.az

10Sources