EN

Özünü hamıdan artıq bilən sürücü əks yola çıxıb maneə yaratdı VİDEO

Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakıda tıxac zamanı qaydaları pozan sürücünün hərəkətləri avtomobildəki kameraya qeyd olunub. Avtosfer.az xəbər verir ki, hadisə dekabrın 24-də, paytaxtın Biləcəri qəsəbəsi, Mirzə Abdin küçəsində qeydə alınıb. Belə ki, 77-NS-787 qeydiyyat nişanlı "Toyota" markalı avtomobilin sürücüsü tıxacda qalmamaq üçün əks yolla hərəkət edib. Bu zaman qarşıdan gələn avtomobillərin yoluna çıxaraq hərəkətə mane olub.

Daha sonra o, yoluna davam edə bilməyəcəyini görərək sağ zolağa keçmək məcburiyyətində qalıb.

Fərid

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
75
avtosfer.az

1Sources