EN

Gələn il şəhərlərimizin inkişafı, yeni müasir memarlıq üslublarının tətbiqi baxımından əhəmiyətli olacaq



"2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması şəhərlərimizin inkişafı, yeni müasir memarlıq üslublarının tətbiqi baxımından əhəmiyətli olacaq".

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı Azər Badamov səsləndirib. Millət vəkili deyib ki, Azərbaycan şəhərlər və kəndləri yenidən qurur, modernləşdirir:

"O cümlədən işğaldan azad olunmuş ərazilərdə Ermənistanın dağıdaraq məhv etdiyi 300-ə yaxın şəhər və kəndin yenidən qurulması və bərpasını həyata keçirir. Bu gün 100-ə yaxın yaşayış məntəqəsinin baş planı tərtib olunub və ya təməlləri atılıb, inşası davam etdirilir. O cümlədən 15-dən çox şəhər və kənd yenidən qurularaq 20 mindən çox keçmiş məcburi köçkün öz doğma yurdlarına qaytarılıb. Qarabağ və Şərqi Zəngəzurda yeniidən tikilən şəhər və kəndlər müasir üslubda, ağıllı texnologiyalar tətbiq etməklə ərsəyə gətirilir. Ağıllı kənd konsepsiyası üzrə inşa olunmuş Ağalı dünyada bir nümunədir. 24 dekabrda açarları sakinlərinə təqdim olunan Ağdam şəhəri müasir üslubda tikilir və 100 min nəfərlik şəhər olacaqdır".

Azər Badamov qeyd edib ki, bu gün dünyada Azərbaycan qədər yeni şəhərləri tikən ölkələr çox azadır:

"Bu baxımdan gələn ilin “Şəhərsalma və memarlıq İli” elan olunması fonunda həm də 2026-cı ilin 17-22 may tarixlərində Bakıda Birləşmiş Millətlər Təşkilatının ən nüfuzlu tədbirlərindən biri olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası keçirilməsinin də böyük əhəmiyyəti olacaqdır".

Süleyman

Chosen
40
1
newscenter.az

2Sources