EN

“Şaradil” oteldən yeni il üçün fantastik qiymət

Şamaxının Şərədil kəndində yerləşən “Şamaxı Palas Şaradil” otelində Yeni ili qarşılamağın qiyməti açıqlanıb: iki nəfərlik otağın qiyməti düz 1782 manat.

1782 manata nələr daxildir? Bayram əyləncə proqramları, gündə 3 dəfə qidalanma və 2 gecə, 3 gün deyə təqdim olunan tətil paketi.

31 dekabr üçün otelə giriş 15:00-da nəzərə tutulub. 2 yanvarda isə 12:00-da oteli tərk etməlisən. Bu hesablamayla tətilimiz heç də 3 gün çəkmir, cəmi 45 saat edir.

Dünyanın hər yerində, hətta məşhur Avropa ölkələrində otellərə giriş saatı ən geci 14:00-a təyin olunur. Nəyə əsasən tətilin ilk günü otelə qəbul 15:00-a təyin edilib?

Çünki “gündə 3 dəfə yemək” vədi verilir. Saat 15:00-da qəbul olacaqsa, demək, həmin gün səhər yeməyi və nahar olmayacaq, 12:00-da çıxanda isə nahar və şam. Demək, yalnız bircə gün 3 dəfə yemək veriləcək.

Başqa sözlə, “2 gecə-3 gün” adı ilə müştərini maksimum soymaq!

Niyə bir vətəndaş Yeni ili Şamaxıda qarşılamağa bu qədər xərcləməlidir? Hansı özəlliyi var?

Halbuki 1782 manata Şamaxıya getmək əvəzinə...

Tur şirkətlərində aşağı-yuxarı eyni olan qiymətləri təqdim edək:

Bilet, otel, qidalanma, transfer daxil 3 gün Dubay turu – 365 dollar (620 manat);

Bilet, otel, qidalanma, transfer, sığorta daxil 3 gün Doha turu - 384 dollar (653 manat);

Bilet, otel, qidalanma, transfer daxil 5 gün, 4 gecə Şarm əş-Şeyx turu – 463 dollar (787 manat);

Hətta Şengen vizanız varsa, 6 gün Avropa ölkələrinə (Paris-Amsterdam-Brüssel) bilet, otel, qidalanma daxil, 515 avro (1031 manar) ödəyərək səyahət edə bilərsiniz. /Axar.az


Telegram kanalımız
Chosen
37
1
yenisabah.az

2Sources