EN

Xocalı, Xocavənd və Zəngilan rayonlarının kəndlərinə növbəti köç karvanları yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam etdirilir.

Hurriyyet.az xəbər verir ki, bu dəfəki köç karvanları Xocalı rayonunun Şuşakənd və Xanyurdu kəndlərinə, Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə və Zəngilan rayonunun Məmmədbəyli kəndinə yola salınıb.

Köç edənlər respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bumərhələdə Xocalı rayonunun Şuşakənd kəndinə 20 ailə (83 nəfər), Xanyurdu kəndinə 12 ailə (50 nəfər), Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə 37 ailə (169 nəfər), Zəngilan rayonunun Məmmədbəyli kəndinə isə 29 ailə (147 nəfər) köçürülüb.

Xocalı rayonunun Şuşakənd kəndinə, cəmi – 20 ailə (83 nəfər), o cümlədən:

Bakı şəhərindən – 7 ailə (23 nəfər); Abşeron rayonundan – 5 ailə (20 nəfər); İsmayıllı rayonundan – 3 ailə (13 nəfər); Ağsu rayonundan – 2 ailə (13 nəfər); Ucar rayonundan – 1 ailə (7 nəfər); Gəncə şəhərindən – 1 ailə (5 nəfər); Ağdaş rayonundan – 1 ailə (2 nəfər). - cəmi 113 ailə (424 nəfər) köçürülüb.

Xocalı rayonunun Xanyurdu kəndinə, cəmi – 12 ailə (50 nəfər), o cümlədən: Goranboy rayonundan – 3 ailə (14 nəfər); Bakı şəhərindən – 3 ailə (9 nəfər); Gəncə şəhərindən – 2 ailə (10 nəfər); Bərdə rayonundan – 2 ailə (7 nəfər); Abşeron rayonundan – 1 ailə (6 nəfər); Oğuz rayonundan – 1 ailə (4 nəfər). Cəmi 123 ailə (431 nəfər) köçürülüb.

Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə, cəmi – 37 ailə (169 nəfər), o cümlədən: Beyləqan rayonundan – 19 ailə (89 nəfər); Bakı şəhərindən – 14 ailə (64 nəfər); Füzuli rayonundan – 3 ailə (11 nəfər); Abşeron rayonundan – 1 ailə (5 nəfər). Cəmi 122 ailə (513 nəfər) köçürülüb.

Zəngilan rayonunun Məmmədbəyli kəndinə, cəmi – 29 ailə (147 nəfər), o cümlədən:

Bakı şəhərindən – 20 ailə (105 nəfər); Abşeron rayonundan – 7 ailə (36 nəfər); Sumqayıt şəhərindən – 2 ailə (6 nəfər). Cəmi 132 ailə (653 nəfər) köçürülüb.

Doğma yurdlarına qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə təşəkkür edib, bu yolda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyiblər. (APA)

Chosen
55
25
hurriyyet.az

10Sources