EN

Rusiyada azərbaycanlılara məxsus məşhur restoran BAĞLANDI

Ajans.az “Kommersant” qəzetinə istinadən xəbər verir ki, pozuntular Tatarıstan Prokurorluğunun keçirdiyi yoxlama zamanı aşkarlanıb. Novo-Savinovski Rayon Məhkəməsinin sənədlərində qeyd olunur ki, restoranın yerləşdiyi binanın kirayəçisi olan “Buta” MMC və müəssisənin direktoru Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 20.3.3-cü maddəsi üzrə məsuliyyətə cəlb olunublar. Həmin maddə Rusiya Silahlı Qüvvələrinin istifadəsini nüfuzdan salmağa yönəlmiş ictimai hərəkətləri nəzərdə tutur. Məhkəmənin qərarına əsasən, “Buta” MMC 300 min rubl, müəssisənin direktoru isə 100 min rubl məbləğində cərimələnib. Bundan əlavə, yoxlama zamanı kafedə yanğın təhlükəsizliyi və terrorizmə qarşı mübarizə qaydalarının da pozulduğu müəyyən edilib. Bu səbəbdən təşkilat və onun rəhbəri Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 20.35-ci maddəsinin 1-ci hissəsi (obyektlər üçün terrorizmə qarşı təhlükəsizlik tələblərinin pozulması) üzrə müvafiq olaraq 100 min və 30 min rubl cərimə olunublar. Məhkəmə qərarına əsasən, aşkar edilmiş pozuntular tam aradan qaldırılanadək “Bakinskiy Dvorik” restoranının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

 

Chosen
45
12
Ajans.az

10Sources