Bakıda kişi və qadın dəm qazından boğulub.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, Yasamal rayonunda Faiq Muradov yaşadığı evin həyətində yerləşən hamam otağında çimərkən dəm qazından zəhərlənərək ölüb.
Xəzər rayonunda isə Xəyalə Qasımova yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aparılır.