EN

Hindistanda yol qəzasında 17 nəfər ölüb

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Pekin, 25 dekabr, AZƏRTAC

Hindistanda sərnişin avtobosunun iri yük avtomobili ilə toqquşaraq yanması nəticəsində ən azı 17 nəfər ölüb.

AZƏRTAC Hindistan mediasına istinadla xəbər verir ki, hadisə ölkənin Karnataka ştatının Çitradurqa rayonunda yerli vaxtla gecə saat 2 radələrində baş verib. Polisin məlumatına görə, əks istiqamətdə gələn yük avtomobili idarəetməni itirərək avtobusa çırpılıb. Hadisə vaxtı avtobusda 32 nəfər olub. Onların arasında xəsarət alanlar var.

Qeyd edək ki, Hindistanda ölümcül yol-nəqliyyat hadisələri tez-tez baş verir. Bunun əsas səbəbi yol infrastrukturunun zəif olması və sürücülərin məsuliyyətsizliyidir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
87
4
azertag.az

5Sources