EN

Hesablama Palatasında media nümayəndələri üçün təlimlər keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikası Hesablama Palatasında medianümayəndələri üçün “Dövlət auditi ilə bağlı məlumatlarınictimaiyyətə düzgün təqdim edilməsində medianın rolu” mövzusundatəlimlər keçirilib.

Trend bubarədə palataya istinadən xəbər verir.

Tədbirdə giriş sözü ilə çıxış edən Hesablama Palatasının Aparatrəhbəri Tamerlan Yusif-zadə dövlət auditinə dair məlumatlarınictimaiyyətə düzgün çatdırılmasında medianın rolunu vurğulayıb.

O, təlimin əsas məqsədinin dövlət auditinin nəticələrininmediada düzgün və obyektiv şərhi ilə rəsmi məlumatların aydın vədəqiq çatdırılması üçün media nümayəndələrinin bilik vəbacarıqlarını artırmaq olduğunu qeyd edib.

Daha sonra Hesablama Palatasının əməkdaşları təlimiştirakçılarına rəsmi internet səhifəsində yer alan əsas bölmələrüzrə ətraflı məlumatlar veriblər.

Təlim zamanı media nümayəndələrinin sualları cavablandırılıb,praktiki nümunələr əsasında müzakirələr aparılıb və rəsmiməlumatlarla işləyərkən diqqət edilməli məqamlar izah olunub.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

Hesablama
Hesablama
Hesablama
Hesablama
Hesablama
Hesablama
Hesablama
Hesablama
Chosen
54
5
az.trend.az

6Sources