Ağdam şəhərinə qayıdan keçmiş məcburi köçkün Rəfail Quliyev deyib ki, 32 il əvvəl Ağdamdan çıxanda ora qayıdacağına inamı olmayıb.
O, "Report"a açıqlamasında bildirib ki, doğma yurda qayıtdığı üçün Birinci Qarabağ müharibəsində şəhid olan və Ağdamda dəfn edilən qardaşının məzarını ziyarət edə biləcək.
"Qardaşım 1992-ci ildə Qarabağ döyüşlərində şəhid olub. Onun məzarı da Ağdamdadır. Çox şükür ki, doğma yurda qayıdıram. Qardaşımın məzarına yaxın olacam və onun məzarını tez-tez ziyarət edəcəm. Məcburi köçkün düşəndən sonra Bakının Nəsimi rayonunda yataqxanada məskunlaşmışdım. "Dəmir yumruq" sayəsində biz bu gün yurdumuza qayıdırıq. Ali Baş Komandan İlham Əliyevə, şəhidlərimizə və qazilərimizə təşəkkürümü bildirirəm", - R.Quliyev qeyd edib.