EN

"Zelenski reallıqdan uzaqdır" - Qərb

Qərbdə Ukrayna Prezidenti Volodimir Zelenskinin reallıqdan uzaqlaşdığı ilə bağlı açıqlamalar səsləndirilib.

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, keçmiş MKİ (CIA) analitiki Larri Conson Deep Dive “YouTube” kanalında çıxışı zamanı Zelenskinin Qərb dəstəyinə həddindən artıq öyrəşdiyini və ölkədəki, eləcə də cəbhədəki real vəziyyəti obyektiv qiymətləndirmədiyini bildirib.

Conson Zelenskinin ABŞ-ın Ukraynanın Avropa İttifaqına üzvlüyü üçün konkret tarixlərin müəyyənləşdirilməsində Kiyevi dəstəklədiyi barədə açıqlamasını tənqid edib. Onun sözlərinə görə, bu cür bəyanatlar Rusiya ilə mümkün danışıqlara zərbə vurur və Ukrayna liderinin reallıqdan nə qədər uzaq olduğunu göstərir.

Keçmiş analitik qeyd edib ki, Zelenskinin bu çıxışları Ukraynanın vəziyyətini yüngülləşdirmir, əksinə, ölkənin qarşılaşdığı şərtləri daha da ağırlaşdırır.

“Zelenski elə addımlar atır ki, Tramp və Putin tərəfindən irəli sürülən şərtlər daha da pisləşir. Onun son müraciətinə baxın, bu, bütün ukraynalılara qarşı böyük və qəbuledilməz bir sillədir”, - deyə Conson bildirib.

Nuriyyə NATİQQIZI

Chosen
76
1
redaktor.az

2Sources