EN

Sabirabadda kombayn aşdı -Sürücü öldü

Sabirabadda kombaynın aşması nəticəsində sürücü ölüb. Hadisə rayonun Sarxanbəyli kəndi ərazisində qeydə alınıb.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, 1988-ci il təvəllüdlü Kərimov Nurlan Zəbulla oğlu idarə etdiyi pambıqyığan maşınla kollektor üzərindəki körpü üzərindən keçərkən kanala aşıb.

Hadisə zamanı sürücü ölüb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
57
7
redaktor.az

10Sources