EN

Vüsalə Hüseynli: "Azərbaycan QHT-ləri beynəlxalq platformalarda liderlik edir"

“İslahatçı Qadınlar və İnnovasiyalar” İctimai Birliyinin sədri Vüsalə Hüseynli QHT.az-a açıqlamasında 2025-ci ilin vətəndaş cəmiyyəti üçün məhsuldar il olduğunu bildirib.

Onun sözlərinə görə, Azərbaycan bu il bir neçə mühüm beynəlxalq tədbirə ev sahibliyi edib ki, bunların arasında Türk Dövlətləri Qeyri-Hökumət Təşkilatları Forumunu xüsusi qeyd etmək olar:

"Türk Dövlətləri QHT Platformasının yaradılması və Naxçıvanda təsis olunması gələcəyə yönəlik strateji addımlardan biridir. Bu platforma türk dünyasında QHT əməkdaşlığının möhkəmlənməsi və ortaq layihələrin həyata keçirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Bundan başqa, 2025-ci ilin aprel ayında təsis olunan Qlobal Cənub Platforması da diqqətəlayiq hadisədir. Bu platforma Qoşulmama Hərəkatına üzv ölkələrin QHT-ləri üçün ilk beynəlxalq əməkdaşlıq platformasıdır və Azərbaycan QHT-ləri onun mənzil-qərargahını ölkəmizə gətirərək, sədr vəzifəsini də Azərbaycan nümayəndəsi tutub".

Vüsalə Hüseynli qeyd edib ki, həm Türk Dövlətləri QHT Platforması, həm də Qlobal Cənub Platforması Azərbaycanın QHT-lərinin beynəlxalq miqyasda nüfuzunu artırır, ölkəmizin strateji rolunu gücləndirir və vətəndaş cəmiyyəti üçün yeni imkanlar yaradır.

 

Pərvanə Fərhadqızı

Chosen
51
qht.az

1Sources