EN

Şimali Koreya lideri Kim Çen In yeni sualtı qayığı ziyarət edib

Şimali Koreya lideri Kim Çen In yeni gizli sualtı silah sistemlərinin hazırlanması ilə bağlı planlarla tanış olub və ölkənin Hərbi Dəniz Qüvvələri tərkibində yeni bir bölmənin yaradılması barədə göstəriş verib.

Editor.az xəbər verir ki, bu barədə Şimali Koreyanın dövlət xəbər agentliyi KCNA məlumat yayıb.

Məlumata görə, Kim Çen In strateji idarəolunan raketlər daşımaq imkanına malik, 8 700 tonluq nüvə sualtı qayığının inşa edildiyi müəssisəyə baş çəkib. Səfər zamanı ona görülən işlər barədə ətraflı hesabat təqdim olunub.

Xəbərdə qeyd edilir ki, Kim Çen In yeni gizli sualtı silahlar üzrə aparılan tədqiqatların gedişatını yaxından nəzərdən keçirib və Hərbi Dəniz Qüvvələrinin yenidən strukturlaşdırılması, eləcə də yeni bir bölmənin formalaşdırılması üçün strateji plan müəyyənləşdirib.

Qeyd edək ki, Şimali Koreya son illər hərbi potensialını, xüsusilə də dəniz və nüvə imkanlarını gücləndirməyə xüsusi önəm verir.

//Gülnarə Abasova, Editor.az

Chosen
17
editor.az

1Sources