EN

Fond sədri: Eyni ailədən bir neçə nəfərin kredit almasına məhdudiyyət yoxdur

BAKI, 25 dekabr. TELEQRAF

“Yaş məhdudiyyətinin tətbiq edilmədiyi, eyni ailədən bir neçə nəfərin təhsil tələbə kreditindən faydalana bilməsi Fondun sosialyönümlü və inklüziv fəaliyyətinin göstəricisidir”.

Teleqraf xəbər verir ki, bu sözləri Təhsil Tələbə Krediti Fondu İdarə Heyətinin sədri Bəhruz Əzimov fondun 4 illik fəaliyyətinə dair hesabatında deyib.

Sədr vurğulayıb ki, indiyədək 2 tələbəsi olan 1 667 ailədə ümumilikdə 3 334 tələbə, 3 tələbəsi olan 41 ailədən 123 tələbə, 4 tələbəsi olan 3 ailədən isə 12 tələbə təhsil tələbə kreditindən yararlanıb:

“Ümumilikdə, 1 711 ailəni əhatə edən 3 469 tələbə TTK mexanizmi çərçivəsində kreditlə təmin olunub”.

Chosen
30
teleqraf.com

1Sources