EN

Bəhruz Əzimov: Könüllü proqramlarında 275-dən çox gənc iştirak edib

Təhsil prosesi üzrə müəyyən edilmiş meyarlar əsasında fəaliyyət qiymətləndirilir və nəticələrə uyğun yanaşma tətbiq olunur.

Bakıvaxtı.az xəbər verir ki, bunu Təhsil Tələbə Kredit Fondunun İdarə Heyətinin sədri Bəhruz Əzimov Fondun 4 illik fəaliyyətinə dair hesabat tədbirində bildirib.

Onun sözlərinə görə, fond çərçivəsində maliyyə məsuliyyəti, informasiya-kommunikasiya texnologiyaları, menecment, sosial iş və digər istiqamətlər üzrə qrafik təcrübə proqramları həyata keçirilib. Bu proqramlar çərçivəsində tələbələr real iş mühitində praktiki bilik və bacarıqlar əldə ediblər.

Bəhruz Əzimov qeyd edib ki, Könüllü proqramı da fondun fəaliyyətinin mühüm istiqamətlərindən biridir. Belə ki, hər il hər semestr üzrə könüllü proqramlar təşkil olunur və bu proqramlar əsasən ödənişli təhsilə qəbul olub kreditdən istifadə etməyən tələbələrin təşviqinə yönəlib.

Sədr diqqətə çatdırıb ki, bu günə qədərfondun könüllü proqramlarında 275-dən çox gənc iştirak edib, təcrübə proqramları isə 6 müxtəlif istiqaməti əhatə edib və 50-dən artıq gəncin praktiki bacarıqlar qazanmasına imkan yaradıb.

O bildirib ki, könüllülər qanunvericilik və sistemin işləmə prinsipləri ilə tanış olur, xüsusi təlimlərdən keçirlər və daha sonra vətəndaşlara birbaşa zənglər vasitəsilə məlumatlandırma işləri aparırlar. Bu da həm maarifləndirmənin güclənməsinə, həm də fondun fəaliyyətinin daha geniş auditoriyaya çatdırılmasına xidmət edir.

Zeynəb Rzayeva

Chosen
28
1
bakivaxti.az

2Sources