EN

Ceyhun Məmmədov: Uşaqların internetdən istifadəsinə məhdudiyyətlər olmalıdır

BAKI, 25 dekabr. TELEQRAF

"Uşaqların internetdən, süni intellektdən istifadəsi ilə bağlı tənzimləyici addımın atılmasına ehtiyac var, müəyyən məhdudiyyətlər olmalıdır".

Teleqraf xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov "Yeni reallıqlar, yeni həllər: uşaqların ekran və virtual mühitə aludəçiliyi, müdafiəsiz vəziyyətə düşməsi" mövzusunda keçirilən ictimai müzakirədə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu sahədə hər hansı sənədin hazırlanması nəzərdən keçirilə bilər.

Deputatın sözlərinə görə, həmçinin qanunla yanaşı, geniş təbliğat və maarifləndirməyə də ehtiyac var:

"Sadəcə qanun qəbul etməklə məsələ bitmir. Bəzilərii bir məsələ ilə bağlı qanun qəbul etdikdə məsələnin bitdiyini düşünür. Amma elə deyil. Valideynlərlə sıx işləməliyik. Bu istiqamətdə fəal iş aparılmalıdır. Bu istiqamətdə qurumlarla yanaşı, media da öz rolunu oynayır və oynamalıdır. Parlamentdə çıxışımda süni intellektlə bağlı qanun qəbul edilməsi məsələsini qaldırmışdım. Uşaqlara bağlı bu ciddi məsələdir. Həmçinin milli mənəvi dəyərlərin qorunması ilə bağlı da proqram tərtib edilməsi məsələsini də qaldırmışdım".

Deputat vurğulayıb ki, bu gün dünyada olan bir çox araşdırmalar 2 yaşına kimi uşaqların telefon, kompüter kimi avadanlıqlardan istifadəsi yolverilməz olduğunu göstərir:

"Bu kimi avadanlıqların, həmçinin süni intellektin istifadəsi ilə bağlı bir sıra ölkələr müəyyən addımlar atırlar, qanunlar qəbul edirlər. Bu məsələ dünyada aktual problem kimi geniş müzakirə olunur. Məsələ Azərbaycanda da müzakirə olunur".

Chosen
6
teleqraf.com

1Sources