EN

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov vətəndaş qəbulu keçirdi » AzadMedia.az


Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov 25 dekabr 2025-ci il tarixində İcra Hakimiyyətinin inzibati binasında rayon sakinlərinin növbəti vətəndaş qəbulu keçirib.

Keçirilən qəbulda Masallı Rayon İcra Hakimiyyəti aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının nümayəndələri, inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak ediblər. Qəbulun keçirilməsində əsas məqsəd vətəndaşların müraciətlərinin yerində dinlənilməsi, qaldırılan məsələlərin operativ və qanunvericiliyə uyğun həllinə nail olmaq olub.

Vətəndaş qəbulunda ümumilikdə 3 müraciət qeydə alınıb.

Belə ki, Türkoba kənd sakini yaşadığı ərazidə ona torpaq sahəsinin ayrılması ilə bağlı müraciət edərək müvafiq köməklik göstərilməsini xahiş edib.

Öncəqala kənd sakini əvvəl çalışdığı DOST Mərkəzində ixtisar nəticəsində işdən azad olunduğunu bildirərək, yenidən həmin qurumda işlə təmin olunması ilə bağlı müraciət ünvanlayıb.

Qızılağac kənd sakini isə şəxsi məsələ ilə bağlı müraciət edib.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov müraciətləri diqqətlə dinləyərək, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun araşdırılması və aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlərin görülməsi üçün tapşırıqlar verib. Müraciətlərin bir qismi yerində həll olunub, digər müraciətlər isə nəzarətə götürülərək aidiyyəti üzrə yönləndirilib.
Chosen
44
1
azadmedia.az

2Sources