EN

Bəhruz Əzimov: Təhsil krediti alan tələbələrin 63 faizi qadınlardır

Bakı, 25 dekabr, AZƏRTAC

Təhsil tələbə krediti alanların 44 min 71 nəfəri (63 faizi) qadınlar, 26 min 322 nəfəri (37 faizi) isə kişilərdir.

AZƏRTAC xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun (TTKF) İdarə Heyətinin sədri Bəhruz Əzimov qurumun 4 illik fəaliyyətinə dair hesabat tədbirində deyib.

O bildirib ki, bu göstərici Fondun qadınların, xüsusilə regionlarda yaşayan və sosial həssas ailələrdən olan qadınların təhsilə çıxış imkanlarının genişləndirilməsində mühüm rol oynadığını nümayiş etdirir.

Chosen
52
2
azertag.az

3Sources