EN

Bəhruz Əzimov: Ümumilikdə 761 min manata yaxın kredit vəsaiti bağışlanıb

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 25 dekabr, AZƏRTAC

Ümumi orta müvəffəqiyyət göstəriciləri yüksək olan məzunlara 681 sosial təhsil tələbə krediti (TTK) müqaviləsi üzrə 50 faiz, 1679 standart TTK müqaviləsi üzrə 25 faiz güzəştlər tətbiq olunub.

AZƏRTAC xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun (TTKF) İdarə Heyətinin sədri Bəhruz Əzimov qurumun 4 illik fəaliyyətinə dair hesabat tədbirində deyib.

O bildirib ki, ümumilikdə 761 min manata yaxın kredit vəsaiti bağışlanıb. Qeyd edib ki, kreditlərin verilmə qaydasına əsasən normativ təhsil müddətində akademik göstəriciləri yüksək olan məzunların kredit vəsaitlərinin müəyyən hissəsi dövlət tərəfindən bağışlanır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
42
2
azertag.az

10Sources