EN

Narkotik çəkib avtomobil sürdü Tutuldu KONKRET

ain.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Bakı-Şamaxı-Yevlax yolunun Qobustan şəhəri ərazisindən keçən hissəsində “Toyota” markalı avtomobilin sürücüsü Elnur Əzimov qayda pozuntusuna yol verdiyi üçün Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Sürücünün, eləcə də avtomobildə olan iki qadın sərnişinin narkotik vasitənin təsiri altında olmalarına əsaslı şübhələr yarandığından onların tibbi müayinədən keçməsi təmin edilib və fakt təsdiqini tapıb.

Bununla yanaşı, avtomobilində narkotik vasitə olmasını etiraf edən E.Əzimov və sərnişinləri barədə qanunamüvafiq tədbirlər görülməklə, toplanmış materiallar Qobustan rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə hər üç şəxs məsuliyyətə cəlb olunub, o cümlədən E.Əzimov sürücülük hüququ məhdudlaşdırılmaqla 1 ay müddənə inzibati həbs edilib.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək günahsız insanların həyatını təhlükəyə atan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
36
44
konkret.az

10Sources