EN

Anar Sabir Rüstəmxanlının sədr seçilməsinə görə AYB-ni tənqid edənlərə cavab verdi: "Yaşlılar olmasın? Getsinlər?"

Güney Azərbaycan ədəbiyyatı komissiyasına 48 yaşlı Sayman Arzudan sonra 79 yaşlı Xalq şairi Sabir Rüstəmxanlının sədr seçilməsi müzakirəsiz ötüşməyib. Bu dəfə də Azərbaycan Yazıçılar Birliyinin (AYB) gənclərə yer verməməsi, yaşlı nəsli irəli çəkməsi tənqid edilib.

 

AYB sədri, Xalq yazıçısı Anar Rzayev isə Pravda.az-a açıqlamasında deyib ki, komissiyasının tərkibində gənclər də var.

 

"Yaşlılar olmasın? Getsinlər? Sayman yenə də qalır, müşavirim kimi işləyir. Güney Azərbaycan ədəbiyyatı komissiyasına elə bir adam rəhbərlik etməlidir ki, nüfuzlu... Həm orada tanınsın, həm də burada. Komissiyanın tərkibində cavanlar da var. Sədri isə tanınmış şairimiz Sabir Rüstəmxanlıdır", - Anar bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 25 Dekabr 2025, 11:06   
Chosen
5
pravda.az

1Sources