EN

Kanadaya məxsus freqat 30 illik Avropa missiyasından sonra ölkəyə qayıdıb

“Sent-Johns” freqatı beş aylıq uğurlu yerləşdirmədən sonra Yeni Şotlandiya ştatının Qalifaks şəhərindəki əsas limana qayıdıb.

Herbiand.az bildirir ki, freqat 1996-cı ildən Kanada Kral Hərbi Dəniz Qüvvələrində xidmətdədir.

Freqat Qalifaksı iyul ayında tərk edib və NATO-nun missiyalarında iştirak edib.

Bu sinif freqatların uzunluğu 134,1 metr, eni 16,4 metrdir. Ekipaj 225 nəfərdən ibarətdir.

Silahlanmaya “Harpoon” gəmi əleyhinə raketlər, ESSM zenit raketlər, 57 mm top qurğular, 20 mm “Phalanx” zenit top sistemləri, 12,7 mm pulemyotlar və 324 mm torpedalar daxildir.

Bəxtiyar CƏFƏRLİ

Chosen
28
herbiand.az

1Sources