EN

TTKF üzrə ən çox vəsait hansı ixtisasa ayrılıb? - RƏSMİ

Təhsil Tələbə Krediti Fondu (TTKF) proqramı çərçivəsində ayrılan vəsaitlərin ixtisaslar üzrə bölgüsü açıqlanıb. Statistikaya əsasən, ən çox maliyyə dəstəyi biznesin idarə edilməsi ixtisasına yönəldilib.

Redaktor.az xəbər verir ki, bu barədəTəhsil Tələbə Kredit Fondunun İdarə Heyətinin sədri Bəhruz Əzimov Fondun 4 illik fəaliyyətinə dair hesabat tədbirində bildirib.

Onun sözlərinə görə, bu ixtisas üzrə 4 647 müqavilə bağlanıb və tələbələrə ümumilikdə 5 milyon 352 min 664 manat vəsait ayrılıb. Bu göstərici digər ixtisaslarla müqayisədə ən yüksək məbləğ hesab olunur:

"İkinci sırada sosial iş ixtisası qərarlaşıb. Sözügedən sahə üzrə 2 203 müqavilə bağlanıb və 1 milyon 931 min manat kredit vəsaiti verilib. Üçüncü yerdə isə Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası dayanır. Bu ixtisas üzrə 2 434 müqavilə bağlanıb və tələbələrə 1 milyon 930 min manatdan çox vəsait ayrılıb. Reytinq cədvəlində iqtisadiyyat (1 milyon 687 min manat), hüquqşünaslıq (1 milyon 555 min manat), ibtidai sinif müəllimliyi (1 milyon 551 min manat), marketinq (1 milyon 367 min manat), menecment (1 milyon 309 min manat), maliyyə (1 milyon 242 min manat) və tibb (1 milyon 203 min manat) ixtisasları da ilk onluqda yer alıb".

Nuriyyə NATİQQIZI

Chosen
56
1
redaktor.az

2Sources