EN

Futbolçu inancının qurbanı oldu – Oyun zamanı öldü 

Brundinin 2-ci liqasında keçirilən oyunda faciə baş verib.

İdmanxeber.az xəbər verir ki, “Qepye Dyu Lak” klubunun futbolçusu Ayme Qerik oyun zamanı həyatını itirib.

Futbolçu ağzında saxladığı sikkəni udub, bundan sonra meydançada huşunu itirib. Həkimlərin müdaxiləsinə baxmayaraq, Qerik xəstəxanaya aparılarkən dünyasını dəyişib.

Mətbuatda yer alan xəbərlərdə sikkənin yerli inanclara bağlı ritualın bir hissəsi olduğu bildirilir.

Chosen
42
idmanxeber.az

1Sources