EN

“Aİ parçalanma prosesindədir” Orban

ain.az, Azpolitika.az saytına istinadən bildirir.

Macarıstanın Baş naziri Viktor Orban ölkə mətbuatına verdiyi müsahibədə Avropanın üzləşdiyi müharibə təhlükəsi ilə bağlı açıqlamalar verib. 

Orban Avropanın müharibənin astanasında olduğunu bildirib və 2025-ci ilin qitə üçün son sülh ili ola biləcəyi barədə xəbərdarlıq edib.

"Biz sülhə öyrəşmişik. Avropadakı son böyük müharibə 1945-ci ildə başa çatıb və o vaxtdan səksən il keçib. Bu, Avropa üçün son dərəcə müstəsna bir vəziyyətdir", - Orban bildirib.

Macarıstan lideri Avropa qitəsindəki müharibənin nüvə fəlakətinə çevrilməsi qorxusunun qitə əhalisini uzun müddət müharibələrdən uzaq tutduğunu qeyd edərək, "Bu qorxu 80 il ərzində təsirli idi. Amma indi tamamilə fərqli bir dünya formalaşır", - deyə bildirib.

Macarıstan lideri daha sonra deyib: "Bu gün Avropada iki qruplaşma var. Biri müharibə qrupu, digəri sülh qrupudur. Hazırda müharibə tərəfdarı qrup dominantdır. Brüssel müharibə istəyir. Macarıstan olaraq biz də sülh istəyirik. Aİ parçalanma prosesindədir. Baş verənlər Brüssel bürokratiyasının imperiya qurmaq ambisiyalarının güclənməsi ilə eyni vaxtda irəliləyən parçalanma prosesidir. Qərarlar Brüsseldə qəbul edilir, lakin üzv dövlətlərdə tətbiq olunmur və beləliklə, birlik dağılır".

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
30
azpolitika.info

1Sources