EN

Səbuhi Rzayev: Ali təhsil üzrə təhsil alanların sayı 76 minə çatıb

ain.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

AzVision.az xəbər verir ki, bu sözləri Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev Təhsil Tələbə Krediti Fondunun hesabat tədbirində dilə gətirib. O diqqətə çatdırıb ki, 2025-2026 tədris ilində qarşıya qoyulmuş hədəfə nail olunub: "Ali təhsilin bütün səviyyələrində təhsil alanların sayı artıq 76 min nəfərə çatıb. Bu, əlbəttə, kəmiyyət göstəricisidir, ancaq keyfiyyət istiqamətində çox ciddi irəliləyişlər qeydə alınır". Şöbə müdirinin sözlərinə görə, növbəti strateji dövrdə – 2027-2030-cu illər aralığında məhz ali təhsilin keyfiyyətinin artırılması əsas hədəfdir: "Zənnimcə, ali təhsil müəssisələrimiz daha keyfiyyətli məzmun etdikcə Fondun imkanlarından yararlana biləcəklər". Səbuhi Rzayevin sözlərinə görə, cari tədris ilindən etibarən Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə ali təhsil müəssisələrinin magistratura səviyyələrinin müasir tələblərə uyğun yenilənməsi həyata keçirilib: "Növbəti dövrdə bu prosesin tətbiqi planlaşdırılır". AzVision.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
46
azvision.az

1Sources