Birləşmiş Təyyarə Korporasiyası (“Rostex”-in bir hissəsi) Su-35S çoxməqsədli döyüş təyyarələrinin növbəti partiyasını istehsal edərək Rusiya Müdafiə Nazirliyinə təhvil verib.
Herbiand.az bildirir ki, bu barədə “Rostex”-in mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, bununla da döyüş təyyarələrinin istehsalı üzrə 2025-ci ilin planı yerinə yetirilib: “Su-35S orduda ən çox tələb olunan təyyarələrdən biridir. Qırıcı müasir aviasiya silahlarının bütün çeşidindən istifadə etmək qabiliyyətinə malikdir”.
Bəxtiyar CƏFƏRLİ