Bakı. Trend:
21-24 dekabr tarixlərində Türkdilli Dövlətlərin Xizək Kurortlarıİttifaqının üzv dövlətlərinin nümayəndələri arasında iş birliyiningenişləndirilməsi və qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafıməqsədilə toplantı keçirilib.
Bu barədə Trend-ə ittifaqdan məlumat verilib.
Türkiyənin Kayseri şəhərində yerləşən Erciyes Xizək Mərkəzindəbaş tutan tədbirdə Azərbaycan,Türkiyə,Qazaxıstan və Özbəkistanınaparıcı xizək kurortlarının nümayəndələri iştirak ediblər. Tədbirçərçivəsində Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqınınfəaliyyət istiqamətləri, İttifaq daxilində idmanyarışlarının,mədəni və qastronomik tədbirlərinin təşkili üçün ortaqlayihələrin hazırlanması, bu istiqamətdə əməkdaşlıq əlaqələrinindərinləşdirilməsi, o cümlədən marketinq və tanıtım sahəsində birgətəşəbbüslərin, reklam və kommunikasiya kampaniyalarının həyatakeçirilməsi, rəqəmsal platformalar və sosial media üzərindən ortaqtəşviqat mexanizmlərinin yaradılması, qış turizm məhsullarınınqarşılıqlı tanıtımı müzakirə olunub, müxtəlif təkliflər ətrafındafikir mübadiləsi aparılıb.
Tədbirdə çıxış edən Türkdilli Dövlətlərin Xizək Kurortlarıİttifaqının Baş katibi Orxan Bədəlov ittifaqın 2026-cı il üçünnəzərdə tutulan strateji hədəfləri və planları haqqında toplantıiştirakçılarına məlumat verib. O növbəti ildə birliyin tədbirlərplanına əsasən Türkdilli Dövlətlərin II Xizək Kubokunun vəİttifaqının Forumunun təşkil ediləcəyini, bu tədbirlərin üzvölkələr arasında idman, turizm və mədəni əməkdaşlığın daha dadərinləşməsinə mühüm töhfə verəcəyini qeyd edib.
Türk dünyasının xizək kurortlarını bir araya gətirən buəməkdaşlıq platformasına ev sahibliyi etməkdən böyük məmnunluğunubildirən Erciyes Xizək Mərkzinin İdarə Heyətinin sədri ZaferAkşeheroğlu bu cür görüşlərin təkcə kurortlar arasında təcrübə vəbilik mübadiləsinin genişlənməsinə deyil, eyni zamanda Türkiyəninqış turizmi potensialının beynəlxalq səviyyədə tanıdılmasına, yenitərəfdaşlıqların qurulmasına və türk dövlətləri arasında turizmaxınının artırılmasına mühüm təkan verəcəyini qeyd edib.
Səfər çərçivəsində İttifaq nümayəndələri Kayseri BöyükşəhərBələdiyyəsinin sədri Memduh Büyükkılıç, həmçinin Kayseri ŞəhərininMədəniyyət və Turizm Müdiri Şükrü Dursun və Anadolu SağlamlıqTurizmi Assosiasiyasının sədri Ergün Sezerlə görüşüb.
Görüş zamanı Kayseri Böyükşəhər Bələdiyyəsinin sədri MemduhBüyükkılıç, türk dünyasını birləşdirən ortaq tarix, mədəni irs vədəyərlərin bu gün turizm və idman kimi sahələr vasitəsilə daha damöhkəmləndiyini qeyd edib. Türkdilli Dövlətlərin Xizək Kurortlarıİttifaqı çərçivəsində qardaş ölkələrin nümayəndələrini Kayseridə vəErciyes Xizək Mərkəzində qəbul etməyin Türkiyə üçün xüsusiəhəmiyyət daşıdığını, bu platformanın yalnız qış turizmi üzrəəməkdaşlıq deyil, eyni zamanda türk dünyası arasında qarşılıqlıetimadın, həmrəyliyin və ortaq gələcəyə yönəlmiş birgə layihələrininkişafına xidmət edəcəyini qeyd edib.
Səfər çərçivəsində Türkdilli Dövlətlərin Xizək Kurortlarıİttifaqının nümayəndələri Erciyes Xizək Mərkəzinin turizmpotensialı, mövcud infrastrukturu və təqdim etdiyi xidmətlərləyaxından tanış olublar, həmçinin Kayseri şəhərinin zəngin tarixi vəmədəni irsini əks etdirən memarlıq abidələrini, muzey və tariximəkanlarını ziyarət ediblər, milli mətbəx nümunələrinidadıblar.
Qeyd edək ki, hazırda Türkdilli Dövlətlərin Xizək Kurortlarıİttifaqının Azərbaycan, Türkiyə, Özbəkistan və Qazaxıstandan olan 8üzvü var. İttifaqa sədrlik 2 il müddətinə Azərbaycana həvaləedilib.