EN

NBA komandasının aparıcı basketbolçusu zədələnib

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 25 dekabr, AZƏRTAC

ABŞ-ın Milli Basketbol Assosiasiyasında (NBA) mübarizə aparan “Denver Naqqets”in aparıcı üzvü Kameron Conson zədələnib.

AZƏRTAC xəbər verir ki, sağ dizindəki sümükdən xəsarət alan basketbolçu bir müddət oynaya bilməyəcək.

28 yaşlı oyunçu bu mövsüm komandasının heyətində orta hesabla 11,7 xal, 3,6 ribaund və 2,4 məhsuldar ötürmə ilə yadda qalıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
55
3
azertag.az

4Sources