EN

AZAL-ın təyyarə qəzası qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı–Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olmuş şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Moderator.az xəbər verir ki, anım mərasimində AZAL-ın və hava limanının rəhbərliyi, o cümlədən aeroportda xidmət göstərən qurumların işçiləri iştirak ediblər.
 
Xatırladaq ki, Bakıdan Qroznı şəhərinə J2-8243 reysi üzrə müntəzəm uçan AZAL-a məxsus Embraer 190-100 IGW tipli sərnişin hava gəmisinin Qazaxıstan ərazisində Aktau hava limanı yaxınlığında qəzaya uğramasından bir il ötür.
 
Təyyarədə olan 67 nəfərdən 38-i ölüb, 29-u sağ qalıb. Qəzada kapitan İqor Kşnyakin, birinci pilot Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyeva həlak olub. Digər iki bələdçi Zülfüqar Əsədov və Aydan Rəhimli sağ qalıb.
 
Chosen
45
2
moderator.az

3Sources