Məhz bu kontekstdə Donald Tramp administrasiyasının 907-ci düzəlişin Konqresdə ləğvi istiqamətində prosesə başlanır. Mövcud siyasi dinamika fonunda növbəti ildən bu düzəlişin ləğv olunması real görünür. Təbii ki, buna paralel olaraq Amerika Erməni Assambleyası 907-ci düzəlişin qüvvədə saxlanılması üçün Konqresdə aktiv lobbi fəaliyyətinə start verib.
Bununla yanaşı, ABŞ prezidenti Donald Trampın gələn il Azərbaycana səfir təyin edəcəyi gözlənilir ki, bu da Vaşinqtonun Bakı ilə münasibətlərə verdiyi siyasi önəmin göstəricisidir. ABŞ-Azərbaycan əlaqələrinin dinamik şəkildə inkişaf edərək yeni mərhələyə keçəcəyi gözlənilir.
Bu prosesin qarşısını almağa yönəlmiş Rusiya və erməni lobbisinin cəhdlərinin isə strateji baxımdan uğursuz olacaq. Regional geosiyasi reallıqlar və ABŞ-ın Cənubi Qafqazda maraqlarının artması Azərbaycanla əməkdaşlığı qaçılmaz edir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31