EN

Tramp əmr verdi: Venesuela neftinə blokada gücləndirilsin

ABŞ Prezidenti Donald Tramp Venesuela neftinin tamamilə təcrid olunması üçün embarqo əmri verib.Missiya.Az "Starhaber"ə istinadən xəbər verir ki, bu barədə adı çəkilməyən ABŞ rəsmisi məlumat verib.Qeyd edək ki, Tramp administrasiyası Venesuela neftinə qarşı 2 ay müddətində "karantin" tətbiq etdiyini və bu barədə ABŞ hərbi qüvvələrinə təlimat verildiyini bildirib."Hərbi variantlar qalsa da, diqqət Ağ Evin istədiyi nəticəyə nail olmaq üçün əsasən sanksiyalar vasitəsilə iqtisadi təzyiq tətbiq etməyə yönəlib. İndiyə qədər göstərilən səylər Venesuela Prezidenti Maduroya böyük təzyiq göstərib. Venesuela yanvar ayının sonuna qədər ABŞ-yə əhəmiyyətli güzəştlər etməyə razılaşmasa, iqtisadi fəlakətlə üzləşəcək",-məlumatda deyilir.

İlahə QənbərliMissiya.Az

Chosen
72
missiya.az

1Sources