EN

Amerika ölkəsində fələstinli prezident seçilib

Mərkəzi Amerika ölkəsi Hondurasda keçirilən prezident seçkilərində Fələstin əsilli namizəd Nəsri Əsfura qalib gəlib.

Ölkə.az xəbər verir ki, Honduras Milli Seçki Şurasının (CNE) məlumatına görə, Milli Partiyanın mühafizəkar namizədi və "Papi a la orden" (Sizin xidmətinizdə) ləqəbi ilə tanınan Nəsri Əsfura səslərin 40,26%-ni toplayaraq qalib gəlib.

Liberal Partiyasının namizədi Salvador Nəsralla 39,54% səslə ikinci yeri tutub.

Hakim Azadlıq və Yenidənqurma Partiyasının (Libre) namizədi Riksi Monkada seçkiləri 19,19% səslə üçüncü yerdə başa vurub.

Noyabrın 30-da ölkədə keçirilən seçkilərin qalibi namizədlər arasında səs fərqinin az olması və hər iki tərəfin etirazları səbəbindən səslərin sayılması prosesinin uzanması səbəbindən gecikmə ilə elan edilib.

CNE prezidenti Ana Paola Hol seçki prosesində texniki problemlərin olduğunu və yekun nəticələrin gecikə biləcəyini təsdiqləyib.

Qeyd edək ki, Fələstin əsilli Nəsri Əsfura 8 iyun 1958-ci ildə Hondurasın paytaxtı Tequsiqalpa şəhərində anadan olub. Əsfura siyasi fəaliyyəti dövründə iki dəfə paytaxt Tequsiqalpanın meri vəzifəsinə seçilib.

Mürtəza

Chosen
69
1
olke.az

2Sources