EN

İşdən çıxarkən hansı hallarda kompensasiya almalıyıq?

Son günlər sosial media istifadəçiləri arasında işdən çıxan zaman işçinin hansı hallarda əmək kompensiyası ala biləyəci ilə bağlı müzakirələr gündəmdədir.

Məsələ ilə bağlı Publika.az-a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru, hüquqşünas Sahib Məmmədov bildirdi ki, işçinin əmək müqaviləsinə xitam verildikdə kompensasiya yalnız müəyyən hallarda ödənilir:

"Kompensasiya yalnız ixtisar, hərbi çağırış və ya əmək şəraitinin dəyişməsi hallarında nəzərdə tutulur. Bu zaman kompensasiya işçinin sığorta stajına uyğun hesablanır. Qalan hallarda yalnız mövcud əməkhaqqı və məzuniyyət borcları ödənilir.

Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən, işçi öz xahişi ilə işdən çıxarsa, kompensasiya verilmir. Sadəcə olaraq, istifadə olunmamış məzuniyyətə və qalıq əməkhaqqına görə ödəniş edilir.

Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən, işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verildikdə də kompensasiya nəzərdə tutulmur. (Bu bənd işçinin əmək funksiyalarını və ya müqavilə öhdəliklərini yerinə yetirməməsi səbəbindən əmək müqaviləsinə xitam verilməsini nəzərdə tutur)".

Chosen
77
publika.az

1Sources