Olaylar.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Məlumata görə, qanun layihəsi təsdiq üçün parlamentə təqdim olunacaq. Respublikanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyanın təqdim etdiyi qanun layihəsinə əsasən, dövlətə və icmalara məxsus torpaq sahələrinin kilsələrin və digər tikililərin tikintisi, eləcə də onların saxlanılması üçün kilsəyə əvəzsiz verilməsini nəzərdə tutan maddənin ləğvi təklif olunur. Eyni zamanda, dövlətə və icmalara məxsus torpaqların Əmlak Məsələləri üzrə Komissiyanın istifadəsinə pulsuz verilməsini tənzimləyən maddə Torpaq Məcəlləsində saxlanılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31