EN

Dövlət qurumu 1,2 milyonluq kanalizasiya boruları alır  

“Regional Su Meliorasiya Xidməti" Publik Hüquqi Şəxsi tullantı su təchizatının istismarı üçün zəruri olan mal-materialların satın alınması məqsədilə açıq tender elan edib.

Modern.az xəbər verir ki, satınalan təşkilat tərəfindən elan olunan müsabiqənin ehtimal olunan qiyməti 1.190. 244 azn təşkil edir.

Tender çərçivəsində müxtəlif ölçülü (150 mm-dən 600 mm-ə qədər) ikiqat qofralı (koruge) kanalizasiya borularının alınması nəzərdə tutulur.

Müsabiqədə iştirak etmək istəyən təchizatçılar üçün son müraciət tarixi 28 yanvar 2026-cı il, saat 18:00 müəyyən edilib. 

 

Chosen
21
1
modern.az

2Sources