EN

Səfir: Strateji tərəfdaşlıq böyük potensiala malik olacaq

ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"2026-cı ildə Çin və Azərbaycan arasında hərtərəfli strateji tərəfdaşlıq geniş perspektivlərə və böyük potensiala malik olacaq".

"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bu barədə Çinin Azərbaycandakı səfiri Lu Mey ilin yekunlarına həsr olunmuş brifinqdə bildirib.

"Növbəti ildə Çin Azərbaycanla iki ölkənin liderləri arasında əldə edilmiş mühüm razılaşmalarını, "Kəmər və Yol" təşəbbüsünün birgə inkişaf etdirilməsini davam etdirəcək.

Eyni zamanda inkişaf strategiyalarının əlaqələndirilməsi, modernləşdirmə üçün imkanların yaradılması, iki ölkə xalqlarının rifahının yaxşılaşdırılması və bəşəriyyətin ortaq taleyə malik cəmiyyətinə doğru birgə irəliləmək üçün əməkdaşlığı davam etdirməyə hazırdır", - səfir qeyd edib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
31
2
cebheinfo.az

3Sources