Azertag saytından alınan məlumata görə, ain.az bildirir.
Tbilisi, 25 dekabr, AZƏRTAC
Noyabr ayında Gürcüstan Milli Bankının valyuta ehtiyatları 308,2 milyon dollar artıb.
AZƏRTAC Gürcüstan Milli Bankının yaydığı məlumata istinadən xəbər verir ki, bununla da ölkənin beynəlxalq valyuta ehtiyatlarının həcmi 5,8 milyard dolları keçib.
“Beynəlxalq valyuta ehtiyatları ölkənin makroiqtisadi sabitliyinin vacib qarantıdır. Buna uyğun olaraq, Milli Bank həmişə ehtiyatların artırılmasına diqqət yetirir ki, bu da bankın bəyan etdiyi siyasətlə təsdiqlənir”, - deyə məlumatda vurğulanır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.