“Qalatasaray” klubunun prezidenti Dursun Özbek son günlər ictimaiyyətdə müzakirə olunan qanunsuz mərc iddiaları ilə bağlı açıqlama verib.
Apasport.az xəbər verir ki, klub rəhbəri sponsorluq məsələsinə aydınlıq gətirərək bildirib ki, məsələ əvvəlcədən Türkiyə Futbol Federasiyası (TFF) ilə razılaşdırılıb:
“Xəbər saytı vasitəsilə sponsorluq əldə etdik və TFF-dən bunun mümkün olub-olmadığını soruşduq. Federasiya əvvəlcə razılıq verdi. Lakin ertəsi gün mövqelərini dəyişərək bunun qadağan olunmuş sayt olduğunu bildirdilər. Biz də elə həmin gün müqavilədən imtina etdik. "Qalatasaray" bu işdən bir qəpik də qazanmayıb və heç bir fayda əldə etməyib”.
Özbek bəzi futbolçularla bağlı aparılan mərc araşdırmalarına da toxunub. O qeyd edib ki, futbolçuların mərc etməsi qadağandır və bu qaydanı pozanlar artıq intizam cəzası alıblar:
“Mərc oynadığı müəyyən olunan futbolçular cəzalandırılıb. Cəzasını çəkmiş şəxslər haqqında yenidən danışmağa ehtiyac yoxdur. "Qalatasaray" ictimaiyyətində bu işlə əlaqəsi olan heç kim yoxdur”.
"Roma" Omar Marmuş üçün "Tottenhem"lə yarışacaq
Salah “Liverpul”da qalacaq? – Danışıqlara start verilir
Afrikada futbolçu oyun zamanı vəfat edib
Ramos üçün İtaliya variantı
Super Liqa klubunda ayrılıq