EN

Əliməmməd Nuriyev: "Qismən amnistiya hökmün yenidən baxılması demək deyil"

"Amnistiya zamanı cəzanın qismən azaldılması hökmün yenidən baxılması demək deyil. Burada mövcud məhkəmə hökmü saxlanılır, cəzanın yalnız müəyyən hissəsi azaldılır".

Bu sözləri “Konstitusiya” Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib. Onun sözlərinə görə, proses avtomatik həyata keçmir və əvvəlcə cəzaçəkmə müəssisəsi və ya probasiya orqanı tərəfindən şəxsin amnistiya şərtlərinə uyğunluğu yoxlanılır:

"Sonra müvafiq sənədlər Penitensiar Xidmət və İcra və Probasiya baş idarəsinə təqdim olunur. Qismən azadetmə hallarında isə sənədlər məhkəməyə göndərilir. Məhkəmə bu mərhələdə cinayət işinə yenidən baxmır, yalnız amnistiyanın tətbiqi və cəzanın miqdarı müəyyən edilir. Qərarlar sənədlər əsasında, sadələşdirilmiş qaydada qəbul olunur. Nəticədə, qismən amnistiya hər bir şəxs üzrə ayrıca hüquqi qiymətləndirmə aparan, mexaniki olmayan bir prosesdir".

Chosen
25
2
qht.az

3Sources