QardaÅŸ TürkiyÉ™dÉ™n olan  media nümayÉ™ndÉ™lÉ™ri vÉ™ tÉ™dqiqatçılar AzÉ™rbaycan milli mÉ™tbuatının 150 illik yubiley medalı ilÉ™ tÉ™ltif ediliblÉ™r. TürkiyÉ™nin media nümayÉ™ndÉ™lÉ™rinin AzÉ™rbaycan Respublikasının Prezidentinin fÉ™rmanı ilÉ™ tÉ™sis olunan yubiley medalı ilÉ™ tÉ™ltifı  AzÉ™rbaycan vÉ™ TürkiyÉ™ arasında media sahÉ™sindÉ™ uzun illÉ™rÉ™ söykÉ™nÉ™n qardaÅŸlıq münasibÉ™tlÉ™rinin, qarşılıqlı etimadın vÉ™ peÅŸÉ™kar É™mÉ™kdaÅŸlığın növbÉ™ti tÉ™zahürü vÉ™ media sahÉ™sindÉ™ qardaÅŸlıq nümunÉ™sidir. Â
Mükafatlandırma ilə bağlı fikirlərini bölüşən və təltif olunanlar arasında yer alan Türkiyənin Azərbaycandakı Səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir belə deyib. O,  bu təltifi böyük qürur hissi ilə qəbul etdiyini bildirib. Onun sözlərinə görə, bu medal təkcə fərdi qiymətləndirmə deyil, eyni zamanda Türkiyə ilə Azərbaycan arasında media sahəsində formalaşmış möhkəm əməkdaşlığın və strateji tərəfdaşlığın bariz göstəricisidir.
 Media əlaqələrinin daha da inkişafı üçün birgə fəaliyyətin davam etdiriləcəyini vurğulayan mətbuat müşaviri Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə (MEDİA) və 150 illik zəngin ənənəyə malik Azərbaycan mətbuatının nümayəndələrinə təşəkkür edib.
Yubiley medalı ilə təltif olunanlar sırasında TRT Azərbaycan təmsilçisi Murat Akkoç, Anadolu Ajansı Asiya və Qafqaz Xəbərləri Müdiri Tolga Özgenç, tanınmış jurnalistlər Fulya Öztürk və Fatih Avanos, eləcə də digər media nümayəndələri də var.
Bununla yanaşı, Azərbaycan mətbuatının Türkiyədəki tanınmış tədqiqatçıları, Egey Universitetinin professoru, Türk dünyasının dəyərli  alimi Yavuz Akpınar, həmin universitein Türk ləhcələri və ədəbiyyatları kafedrasının müdiri Yılmaz Özkaya da bu nüfuzlu mükafata layiq görülüblər.
Təltif olunan bütün həmkarlarımızı ürəkdən təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.
Namiq Qədimoğlu
XQ
Â
Â
Â
Â
Â
Â
Â
Â