EN

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı açıqlanıb

Bakı. Trend:

Banklar və “Azərpoçt” MMC sistemləri üzrə bu ilin noyabr ayınınsonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən134 min ədəd artaraq 21 milyon 835 min ədəd təşkil edib.

Trend bu barədəAzərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrünün göstəricisiilə müqayisədə 12,2 faiz çoxdur.

Bildirilib ki, ödəniş kartlarında debet kartlarının sayı 14,7%artıb, kredit kartlarının sayı isə 6,7% azalıb.

"Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbəttəsir göstərib. Belə ki, noyabr ayı ərzində ölkədaxili nağdsızəməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 14,4%artıb. 2025-ci ilin noyabr ayı ərzində kartlar vasitəsilə həyatakeçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 7940 milyon manattəşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 6948 milyonmanatı elektron ticarətin payına düşür. Qalan məbləğin 990 milyonmanatı POS-terminallar, 2 milyon manatı isə özünə xidmətterminalları və bankomatların vasitəsilə gerçəkləşdirilib. İlinəvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatlarınhəcmi ölkədaxili kart əməliyyatlarının 67.5%-ni təşkil edib", -məlumatda vurğulanıb.

Məqalədə:
Chosen
17
2
az.trend.az

10Sources