EN

Köç karvanları Qırmızı Bazar, Məmmədbəyli, Şuşakənd və Xanyurduya çatıb, açarlar təqdim edilib - YENİLƏNİB-3

Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən Xocalı rayonunun Şuşakənd və Xanyurdu kəndinə yola salınan köç karvanları kəndlərə çatıb, evlərin açarları sakinlərə təqdim edilib.

"Far.Az" xəbər verir ki, açarların təqdimat mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə və Zəngilan rayonunun Məmmədbəyli kəndinə növbəti köç prosesi baş tutub, evlərin açarları sakinlərə təhvil verilib.

"Far.Az" xəbər verir ki, açarların təhvil verilmə mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında, eyni zamanda Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə və Zəngilan rayonunun Məmmədbəyli kəndinə növbəti köç prosesi baş tutub.

"Far.Az" xəbər verir ki, sakinlərin qarşılanma mərasimi olub.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində Xocalı rayonunun Şuşakənd və Xanyurdu kəndlərinə, Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə və Zəngilan rayonunun Məmmədbəyli kəndinə növbəti köç karvanı yola salınıb.

"Far.Az" xəbər verir ki, köç edənlər respublikanın müxtəlif bölgələrində, əsasən, yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Xocalı rayonunun Şuşakənd kəndinə 20 ailə (83 nəfər), Xanyurdu kəndinə 12 ailə (50 nəfər), Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə 37 ailə (169 nəfər), Zəngilan rayonunun Məmmədbəyli kəndinə isə 29 ailə (147) nəfər köçürülüb.

Doğma yurdlarına qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə təşəkkür edib, bu yolda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyiblər.

Chosen
67
6
far.az

10Sources